Nokia-nın yeni qulaqlığı Clarity Earbuds 2+ təqdim edilib. Aktiv səs-küyün ləğvi və uzun batareya ömrü ilə seçilən qulaqlıq AGE xüsusiyyəti ilə 7 saat istifadə müddəti təqdim edir. Qutu ilə batareyanın ömrü 35 saata qədər olacaq.
Təkrar emal edilmiş plastikdən hazırlanmış məhsul suya qarşı davamlıdır. Qualcomm-un S3 Sound platforması və aptX texnologiyası səs-küyün ləğvi kimi funksiyaları dəstəkləyir. Google Fast Pair funksiyası və Bluetooth 5.2 bağlantısı sayəsində müxtəlif cihazlara asan qoşula bilir. Çəhrayı, bənövşəyi və boz rəng seçimləri təqdim edən qulaqlığın qiyməti təxminən 92 avrodur.