Az | EN

Tinkoff-un keçmiş rəhbərinin startapı Plata 250 milyon dollar investisiya cəlb etdi

Cəmil Hüseynzadə
17 Oktyabr 2025 12:22
74 baxış
Tinkoff-un keçmiş rəhbərinin startapı Plata 250 milyon dollar investisiya cəlb etdi

2023-cü ildə Tinkoff-un keçmiş rəhbərləri Neri Tollardo, Aleksandr Bro və Danil Anisimov tərəfindən qurulan Plata, 2025-ci ilin martında 160 mln dollar topladıqdan sonra oktyabrda 250 mln dollar investisiya alıb. Şirkətin dəyəri artıq 3,1 mlrd dollar qiymətləndirilir.

Plata Meksikada tam bank lisenziyası almaq üzrədir və bununla məhsul portfelini, indiyədək yalnız kredit kartlarını əhatə edən xidmətlərini genişləndirməyi planlayır. Oleg Tinkoff layihəni müşahidə edir və Plata-nı “Meksikadakı ən sürətlə inkişaf edən fintex-startap” adlandırır. İlk yarımillik nəticələrə görə gəlir 300 mln dolları keçib, gələcəkdə isə IPO ilə 10 mlrd dollar dəyərə çıxması gözlənilir.

© copyright 2022 | tech.az | info@tech.az