Finlandiyanın HMD Global himayəsində olan Nokia brendi, yeni dayanıqlı XR21 telefonunu təqdim edib.
Son zamanlar ucuz qiymətə modellərə diqqət yetirən şirkət, "XR" seriyalı möhkəm telefon modellərinə yeni bir telefon əlavə edib. Nokia XR21 xüsusiyyətləri MIL-STD-810H hərbi davamlılıq sertifikatı, eləcə də suya və toza qarşı IP68 müqavimət sertifikatına malikdir. Nokia XR30 6,49 düymlük FullHD + IPS LCD ekrana sahibdir. 120Hz yeniləmə tezliyi olan ekran Gorilla Glass Victus tərəfindən qorunur. Qualcomm Snapdragon 695 prosessoru ilə təchiz edilmiş telefon 8 GB RAM və 128 GB yaddaşa malikdir.