Az | EN

Nvidia H20 süni intellekt çiplərinin istehsalını dayandırıb

Nigar Sultanli
26 Avqust 2025 15:02
34 baxış
Nvidia H20 süni intellekt çiplərinin istehsalını dayandırıb

“The Information” nəşrinin məlumatına görə, bu qərar Çin hökumətinin xəbərdarlığından sonra verilib. Çin hökuməti yerli şirkətləri Nvidia H20 çiplərindən istifadə etməməyə çağırıb. Çin rəsmiləri əmindir ki, xarici çiplərin istifadəsi ölkənin məlumat təhlükəsizliyinə risk yarada bilər və yerli istehsal olunan məhsulların istifadə olunması daha etibarlıdır.

Bu qərar, Nvidia-ya Çin bazarında yenidən fəaliyyətə başlamaq üçün “yaşıl işıq” yandırıldıqdan cəmi bir ay sonra verilib. Çin rəhbərliyi yerli şirkətləri xarici çiplər əvəzinə öz ölkələrində istehsal olunan məhsullardan istifadə etməyə təşviq edir.

Nvidia-nın sözçüsü verdiyi açıqlamada bu iddiaları rədd edib. O bildirib ki, şirkətin məhsullarında kənardan idarəetməyə imkan verən heç bir gizli mexanizm yoxdur və müştərilər H20 çiplərindən problemsiz istifadə edə bilərlər. Həmçinin istehsalın dayandırılması bazar şərtləri ilə bağlıdır.

© copyright 2022 | tech.az | info@tech.az