Az | EN

Nvidia "Poolside" startapına 1 milyard dollar investisiya edib

Nigar Sultanli
31 Oktyabr 2025 15:57
61 baxış
Nvidia "Poolside" startapına 1 milyard dollar investisiya edib

Nvidia, proqram təminatının hazırlanması (kod yazılması) üçün süni intellekt modelləri yaradan "Poolside" startapına investisiya qoymağa hazırlaşır. Bloomberg agentliyinin məlumatına görə, Nvidia bu startapa ən azı 500 milyon dollar, hətta 1 milyard dollara qədər sərmayə yatıra bilər.

Bu investisiya, Poolside-ın hazırda davam edən 2 milyard dollarlıq maliyyələşmə mərhələsinin (funding round) bir hissəsi olacaq. Bu maliyyələşmə ilə startapın ümumi dəyəri 12 milyard dollar olaraq qiymətləndirilir. Bloomberg qeyd edir ki, əgər Poolside planlaşdırdığı 2 milyard dollarlıq vəsaitin tamamını uğurla cəlb edə bilsə, Nvidia-nın investisiya payı da 1 milyard dollara qədər arta bilər.

Bu, Nvidia-nın Poolside-a ilk yatırımı deyil. Çip istehsalçısı daha əvvəl, 2024-cü ilin oktyabrında keçirilən 500 milyon dollarlıq maliyyələşmə mərhələsində də Poolside-ı dəstəkləmişdi.

Artıq süni intellekt startaplarının aktiv investoru olan Nvidia, son vaxtlar portfelini müxtəlif sahələrlə genişləndirir. Məsələn, oktyabr ayında şirkət Britaniyanın sürücüsüz avtomobil texnologiyaları hazırlayan "Wayve" startapına 500 milyon dollar investisiya qoymağı planlaşdırdığını açıqlamışdı. Keçən ay isə Nvidia, gələcəkdə çip istehsalı sahəsində əməkdaşlıq etmək məqsədilə "Intel" startapının 5 milyard dollarlıq səhmini almışdı.

© copyright 2022 | tech.az | info@tech.az