Az | EN

OBA Market-i Spotify-da dinləyin

Cəmil Hüseynzadə
15 May 2022 13:30
557 baxış
OBA Market-i Spotify-da dinləyin

Dünyanın bir sıra şirkətləri kreativlik edərək öz sosial media hesablarından əlavə Spotify hesabı da açırlar. Bu hesablar boşuna açılmır. Müştərilərin məhsul və ya istifadəsi zamanı sərf etdikləri vaxtı daha səmərəli keçirmələri üçün bu addım atılır. Yerli markalardan bu addımı ilk dəfə OBA Market ataraq, öz Spotify hesabını açıb. OBA Marketlər şəbəkəsinin bu yeniliyi müştərilərin alış-veriş zamanı daha səmərəli və əyləncəli vaxt keçirmələri üçündür. Spotify hesabına “Meyvə” və “Alış-verişdə dinlə” pleylistlərində Azərbaycan milli və estrada musiqiləri zövqlə sıralanıb. 

Qeyd edək ki, İtaliyanın məşhur makaron şirkəti Barilla-nın da öz Spotify hesabı var. Barilla-nın hesabındakı musiqilər makaronların bişmə vaxtına uyğunlaşdırılıb. Yəni hər bir musiqi makaronun hazırlanması vaxtı qədərdir.

© copyright 2022 | tech.az | info@tech.az