ABŞ-ın OpenAI şirkəti müştərilər üçün uzunmüddətli hesablanma gücü rezervasiyası xidmətini istifadəyə verib. Yeni “Zəmanətli Buraxılış Qabiliyyəti” xidməti çərçivəsində şirkət 1 ildən 3 ilə qədər müqavilələr təklif edir.
Bu müqavilələr vasitəsilə müştərilərə tələb artımından asılı olmayaraq süni intellekt xidmətlərinə stabil çıxış təmin ediləcək. Şirkət müqavilə bağlayan tərəflərə əvvəlcədən ayrılmış hesablama resurslarının əlçatan olacağına zəmanət verir.
Sifarişçilər üçün hazırlanan müraciət formasında lazım olan güc həcmi də göstərilir. Variantlar dəqiqədə 100 milyon tokendən az göstəricidən başlayaraq 1 milyard tokendən çox token emalına qədər uzanır.
OpenAI bildirir ki, bu xidmət biznes üçün “kritik əhəmiyyətli” AI sistemlərinə fasiləsiz çıxışı təmin etmək məqsədi daşıyır.
Şirkətin rəhbəri Sam Altman qeyd edib ki, süni intellekt modellərinin inkişafı fonunda dünyada hesablama resursları bir müddət məhdud qalacaq. Onun sözlərinə görə, hesablanma gücünün əvvəlcədən rezervasiya olunması həm də şirkətə resurs planlamasını daha effektiv qurmağa imkan verəcək.
