Az | EN

Çin süni intellekt mütəxəssislərinin ölkədən çıxışını məhdudlaşdırıb

Cəmil Hüseynzadə
26 May 2026 14:31
32 baxış
Çin süni intellekt mütəxəssislərinin ölkədən çıxışını məhdudlaşdırıb

Çin hakimiyyəti süni intellekt şirkətlərinin qurucuları və əsas mütəxəssisləri üçün ölkədən çıxış qaydalarını sərtləşdirib. Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, artıq DeepSeek və Alibaba kimi özəl texnologiya şirkətlərinin rəhbərləri, tədqiqatçıları və yüksək vəzifəli əməkdaşları xaricə səfər etmək üçün xüsusi icazə almalıdırlar.

Bildirilir ki, Çin hakimiyyəti bu addımı ABŞ ilə texnologiya sahəsində rəqabətin güclənməsi fonunda kritik əhəmiyyətli texnologiyaların qorunması və mütəxəssislərin xaricə axınının qarşısını almaq məqsədilə atıb.

Əvvəllər bu tip məhdudiyyətlər əsasən bəzi alimlərə və dövlət müəssisələrinin rəhbərlərinə tətbiq olunurdu. İndi isə qaydalar özəl İT və süni intellekt sektorunu da əhatə edir.

Ekspertlər hesab edirlər ki, yeni məhdudiyyətlər Çin şirkətlərinin beynəlxalq istedadları cəlb etməsi və mövcud kadrları ölkədə saxlaması baxımından problemlər yarada bilər.

Qeyd edək ki, 2026-cı ilin aprelində Çin hakimiyyəti Meta şirkətinin Manus startapını alma planını dayandırmışdı. Məlumata əsasən, şirkətin baş direktoru Syao Hun və baş elmi işçisi Ci İçao ilə bağlı ölkədən çıxış qadağası da tətbiq edilib.

© copyright 2022 | tech.az | info@tech.az