Az | EN

OpenAI bir neçə modeli birləşdirərək GPT-5-i təqdim etməyə hazırlaşır

Nigar Sultanli
09 İyul 2025 15:11
406 baxış
OpenAI bir neçə modeli birləşdirərək GPT-5-i təqdim etməyə hazırlaşır

OpenAI şirkəti mövcud süni intellekt modellərini birləşdirərək GPT-5 adlı yeni və təkmilləşdirilmiş model təqdim edəcəyini təsdiqləyib.

Hazırda ChatGPT platformasında müxtəlif funksiyalara uyğunlaşdırılmış çoxlu sayda model mövcuddur. Məsələn, o3 modeli əsasən məntiqi düşünmə qabiliyyətinə malikdir, 4o modeli isə multimodal imkanlara sahibdir. Bu müxtəliflik istifadəçilər arasında çaşqınlıq yaradırdı.

OpenAI nümayəndəsi Romen Yue "Building the Future with OpenAI Agents" konfransında bildirib:
“Biz təkcə yeni bir qabaqcıl model yaratmaqdan deyil, həm də iki əsas model seriyamızı birləşdirməkdən məmnunuq.”

Yeni GPT-5 modeli həm məntiqi düşünmə bacarıqlarını, həm də multimodal funksiyaları özündə birləşdirəcək. Yəni, bu model həm mətn, şəkil, sənəd kimi müxtəlif giriş məlumatlarını qəbul edə biləcək, həm də cavablarında düşünülmüş və əsaslandırılmış nəticələr təqdim edəcək. Beləliklə, istifadəçilərin müxtəlif nəticələr əldə etmək üçün fərqli modellər arasında keçid etməsinə ehtiyac qalmayacaq.

OpenAI-nin baş direktoru Sam Altman isə modelin bu yay ərzində ictimaiyyətə təqdim olunacağını bildirib.

© copyright 2022 | tech.az | info@tech.az