Az | EN

OpenAI GPT-5.6 model ailəsini bütün istifadəçilər üçün istifadəyə verir

Cəmil Hüseynzadə
08 İyul 2026 11:25
78 baxış
OpenAI GPT-5.6 model ailəsini bütün istifadəçilər üçün istifadəyə verir

OpenAI yeni nəsil GPT-5.6 model ailəsini iyulun 9-dan etibarən bütün istifadəçilər üçün əlçatan edəcəyini açıqlayıb. Şirkət modelləri ilk dəfə 26 iyun 2026-cı ildə təqdim etsə də, ABŞ hakimiyyətinin tələbi ilə başlanğıcda yalnız məhdud sayda tərəfdaşın istifadəsinə verilmişdi.

Məlumata görə, ictimai istifadəyə üç model təqdim olunacaq. Sol şirkətin flaqman modeli olacaq, Terra gündəlik tapşırıqlar üçün optimallaşdırılmış balanslı versiya, Luna isə daha sürətli və əlçatan seçim kimi istifadəçilərə təqdim ediləcək.

Mənbələrin bildirdiyinə görə, model ailəsinin geniş istifadəyə açılması üçün icazə Donald Trump administrasiyası tərəfindən əlavə təhlükəsizlik testləri və dövlət rəsmiləri ilə keçirilən görüşlərdən sonra verilib.

Qeyd edək ki, 2026-cı ilin iyununda Anthropic də ABŞ hakimiyyətinin tələbindən sonra Fable 5 və Mythos 5 modellərinə xarici istifadəçilərin girişini məhdudlaşdırmışdı. Daha sonra giriş bərpa edilsə də, istifadəçilər modellərin əvvəlki performansını itirdiyini iddia ediblər.

© copyright 2022 | tech.az | info@tech.az