Az | EN

OpenAI ötən il istifadəyə verilən ChatGPT Atlas brauzerini bağlayır

Cəmil Hüseynzadə
10 İyul 2026 11:46
63 baxış
OpenAI ötən il istifadəyə verilən ChatGPT Atlas brauzerini bağlayır

OpenAI ayrıca masaüstü brauzeri olan ChatGPT Atlas layihəsini dayandıracağını açıqlayıb. Şirkətin məlumatına görə, tətbiq 9 avqust 2026-cı il tarixindən etibarən fəaliyyətini tamamilə dayandıracaq.

OpenAI nümayəndəsi James Sun bildirib ki, Atlas istifadəçilərindən əldə edilən təcrübə və funksiyalar artıq yeni masaüstü ChatGPT tətbiqinə inteqrasiya olunub. İstifadəçilərə keçid prosesi ilə bağlı təlimatlar yaxın günlərdə tətbiqdaxili bildirişlər və e-poçt vasitəsilə göndəriləcək.

Şirkət qərarı məhsulların vahid ekosistemdə birləşdirilməsi strategiyası ilə izah edir. Yeni ChatGPT masaüstü tətbiqi artıq proqramlaşdırma üçün Codex, iş tapşırıqlarını yerinə yetirən ChatGPT Work agenti və daxili internet axtarışı funksiyalarını özündə birləşdirir. Bu səbəbdən ayrıca AI brauzerinə ehtiyac qalmadığı bildirilir.

Bununla yanaşı, OpenAI istifadəçilərin mövcud brauzerlərdən istifadə etməyə davam etməsi üçün Google Chrome genişlənməsini dəstəkləməyə davam edəcəyini açıqlayıb.

ChatGPT Atlas 2025-ci ilin oktyabrında yalnız macOS üçün təqdim edilmişdi. Layihənin bir ildən az müddətdə bağlanması OpenAI-nin son dövrdə məhsul portfelini optimallaşdırmaq istiqamətində atdığı addımlardan biri kimi qiymətləndirilir.

© copyright 2022 | tech.az | info@tech.az