Az | EN

OpenAI-ın CEO-sunun Worldcoin layihəsi üçün əldə etdiyi investisiya 100 milyona çatmaq üzrədir

Fidan Abbaszadə
15 May 2023 17:36
274 baxış
OpenAI-ın CEO-sunun Worldcoin layihəsi üçün əldə etdiyi investisiya 100 milyona çatmaq üzrədir

OpenAI-ın direktoru Sem Altmanın Worldcoin kripto layihəsi üçün əldə etdiyi investisiya 100 milyon dollara çatmaq  üzərədir. 

Startap insanlara Worldcoin adlı pulsuz kriptovalyutaya çıxış imkanı verən rəqəmsal identifikasiya sistemi yaratmaq üçün gözün skan edilməsi texnologiyasından istifadə etməyi planlayır.

İstifadəçilər öz şəxsiyyətlərini skan vasitəsilə təsdiqlədikdən sonra pulsuz Worldcoin tokenləri əldə edə biləcəklər. Məlumat üçün bildirək ki, Worldcoin müxtəlif mövzularda, xüsusən də biometrik skanlamanın məxfilik riskləri yaratması ilə bağlı tənqidlərə məruz qalıb.

Financial Times-ın mənbələrindən biri bildirib: " Bu sahədə hansısa bir layihənin bu qədər investisiya əldə etməsi diqqətəlayiqdir".

Altman 2014-cü ildə startap akseleratoru Y Combinator-un prezidenti olduqdan sonra məşhurlaşıb. 2015-ci ildə Tesla və SpaceX-in rəhbəri İlon Mask ilə birlikdə OpenAI-ı yaradıb və hazırda şirkətin baş direktorudur.

Qeyd edək ki, Altmanın CEO olduğu dövrdə OpenAI ChatGPT və DALL-E daxil olmaqla məşhur generativ süni intellekt alətlərini ictimaiyyətə təqdim edib. 

 

© copyright 2022 | tech.az | info@tech.az