Az | EN

İnformasiya strukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikası qaydası müəyyənləşib

Nigar Sultanli
23 Oktyabr 2025 13:39
41 baxış
İnformasiya strukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikası qaydası müəyyənləşib

“Ölkə səviyyəsində informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi Qaydaları” təsdiqlənib.

Qərarda dövlət orqanlarının (qurumlarının), habelə aidiyyəti dövlət orqanının internet informasiya ehtiyatı vasitəsilə könüllü ötürülən məlumatlar əsasında sahibkarlıq subyektlərinin (kiçik, orta və iri) informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasının mərhələlərinə, diaqnostikanın həyata keçirilməsi ilə bağlı vəzifələrə, ölkə səviyyəsində informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikası üzrə istiqamətlərə, meyarlara və altmeyarlara dair müddəalar nəzərdə tutulub.

Qərarın qəbulu dövlət orqanlarının (qurumlarının) və sahibkarlıq subyektlərinin rəqəmsallaşma dərəcəsi müəyyən edilməklə onların rəqəmsallaşma səviyyəsinin daha da inkişaf etdirilməsinə, habelə ölkədə rəqəmsal həllərin tətbiqinin genişləndirilməsinin təşviqinə xidmət edəcəkdir.

© copyright 2022 | tech.az | info@tech.az