Az | EN

“OpenAI”ın dəyəri 300 milyard dolları ötür

Nigar Sultanli
31 Yanvar 2025 16:57
108 baxış
“OpenAI”ın dəyəri 300 milyard dolları ötür

OpenAI dəyərini 300 milyard dollar səviyyəsinə yüksəldəcək yeni investisiya raunduna hazırlaşır. Bu raundun həcmi 40 milyard dollara qədər planlaşdırılıb. Bu barədə OpenAI- ya yaxın mənbələr məlumat verib.  

SoftBank raundun əsas investorlarından biri olacaq və 15-25 milyard dollar arasında investisiya etməklə bağlı müzakirələr aparılıb. Qalan məbləğ digər investorlardan toplanacaq.  

SoftBank və OpenAI əvvəlcə şirkəti 340 milyard dollar dəyərində qiymətləndirməyi planlaşdırıblar. Lakin son danışıqlarda bu rəqəm 300 milyard dollar-a endirilib. SoftBank həmçinin digər investorların cəlb olunmasında fəal iştirak edir. Bununla belə, müzakirələrin hələ də dəyişə biləcəyi və razılaşmanın pozula biləcəyi bildirilib.  

Bu investisiya OpenAI-nin indiyədək ən böyük maliyyə raundu olacaq və Silicon Valley tarixində ən iri investisiya raundlarından biri kimi qeydə alınacaq. OpenAI sonuncu dəfə oktyabr ayında 157 milyard dollar dəyərində qiymətləndirilmişdi və həmin vaxt 6,6 milyard dollar investisiya toplamışdı. Cəmi bir neçə ayda şirkətin dəyərinin ikiqat artması süni intellekt sahəsindəki sürətli inkişafın göstəricisidir.  

Yeni investisiya OpenAI-nin “Stargate” adlı layihəsinə ayırdığı 18 milyard dollarlıq maliyyə öhdəliyini yerinə yetirmək üçün istifadə ediləcək. “Stargate” OpenAI-nin ABŞ-da süni intellekt texnologiyasını gücləndirmək üçün yeni məlumat mərkəzlərinin tikintisini maliyyələşdirmək məqsədilə SoftBank və digər tərəfdaşlarla birgə həyata keçirilən layihədir. 

© copyright 2022 | tech.az | info@tech.az