Az | EN

OpenAI peşman olub: Sem Altmanı geri gətirmək istəyirlər

Cəmil Hüseynzadə
20 Noyabr 2023 11:24
647 baxış
OpenAI peşman olub: Sem Altmanı geri gətirmək istəyirlər

OpenAI-nin direktorlar şurası Sem Altmanla onun CEO vəzifəsinə qayıtması ilə bağlı müzakirələr aparır. Bu barədə The Verge mənbələrə istinadən xəbər verir. OpenAI CEO Sem Altmanın direktorlar şurası ilə kifayət qədər səmimi olmadığına görə tutduğu vəzifədən qovulduğunu bildirmişdi. Bloomberg agentliyinin dediyi kimi, baş direktorun tutduğu vəzifədən uzaqlaşdırılmasının əsas səbəbi şirkət rəhbərliyindəki münaqişədir. Mənbələrin bildirdiyinə görə, Sem Altman şirkətin inkişaf strategiyası ilə bağlı bir çox məsələlərdə direktorlar şurasının üzvləri ilə razılaşmayıb. Altmanın öz təşəbbüsü ilə şirkətin adının arxasında gizlənərək potensial investorlarla danışıqlar aparması OpenAI direktorlar şurasının da xoşuna gəlməyib. Noyabrın 18-də məlum oldu ki, CEO-nun qovulmasından sonra OpenAI-nin üç yüksək vəzifəli əməkdaşı istefa verib. Bunlar şirkətin elmi tədqiqatlar üzrə direktoru Yakub Paçzokki, süni intellektlə bağlı potensial riskləri qiymətləndirən komandanın rəhbəri Aleksandr Madri, həmçinin startapın elmi tədqiqatçısı Şimon Sidordur.

© copyright 2022 | tech.az | info@tech.az