Az | EN

OpenAI: Sİ brauzerlərində təhlükəsizliyin qarşısını almaq mümkün olmayacaq

Nigar Sultanli
23 Dekabr 2025 15:38
42 baxış
OpenAI: Sİ brauzerlərində təhlükəsizliyin qarşısını almaq mümkün olmayacaq

Məsələnin mahiyyəti ondan ibarətdir ki, kiber-cinayətkarlar elektron məktubların və ya sənədlərin daxilinə gizli təlimatlar yerləşdirə bilirlər. Süni intellekt agenti (məsələn, OpenAI-ın Atlas brauzeri) həmin sənədi təhlil edərkən bu gizli əmrləri istifadəçinin xəbəri olmadan icra edir. Keçirilən sınaqlar göstərib ki, süni intellekt bu yolla istifadəçinin adından saxta işdənçıxma ərizəsi göndərə, şəxsi məlumatları kənar ünvanlara ötürə və ya təhlükəli linklərə keçid edə bilər.

Böyük Britaniyanın Milli Kiber-təhlükəsizlik Mərkəzi (NCSC) xəbərdarlıq edir ki, bu cür texniki boşluqlar gələcəkdə Sony və ya Yahoo kimi şirkətlərdə baş vermiş iri miqyaslı məlumat sızıntılarına bənzər hadisələrə yol aça bilər.

OpenAI müdafiəni gücləndirmək üçün xüsusi süni intellekt əsaslı "xaker" proqramı ilə sistemlərini sınaqdan keçirsə də, hələ ki tam təhlükəsizliyə təminat vermək mümkün deyil. Bu səbəbdən mütəxəssislər ChatGPT Atlas kimi brauzerlərdən istifadə edərkən sənədlərdəki gizli təlimatların yarada biləcəyi risklərə qarşı diqqətli olmağı tövsiyə edirlər.

© copyright 2022 | tech.az | info@tech.az