Şirkət bu sərbəst girişin "məhdud müddət" üçün keçərli olduğunu bildirsə də, bunun nə qədər davam edəcəyini dəqiqləşdirməyib.
Hazırda Sora-nın həm iOS tətbiqinə, həm də veb-saytına ABŞ, Kanada, Yaponiya və Cənubi Koreyadan olan istifadəçilər sərbəst daxil ola bilirlər. OpenAI bu imkanın tədricən aktivləşdirildiyini bildirir. Sosial mediadakı şərhlərdən də görünür ki, bu fürsət hələ bütün istifadəçilər üçün aktiv deyil.
Bununla yanaşı, tətbiqin coğrafiyası da genişlənir. Artıq ABŞ-dən əlavə, Sora tətbiqini Tailand, Vyetnam və Tayvanda yerləşən App Store-dan da yükləmək mümkündür.
OpenAI platformaya iki mühüm yenilik də əlavə edib. Birincisi, Cameo funksiyası artıq təkcə insanları deyil, "sevimli" personajları – ev heyvanlarını, oyuncaqları və hətta müxtəlif əşyaları da tanıya bilir.
Bunun üçün istədiyiniz obyekti qısa bir videoya çəkmək (və ya elə Sora-da yaratmaq) kifayətdir. Neyroşəbəkə həmin obrazı yadda saxlayır və siz sonradan mətn sorğuları ilə həmin personajın iştirak etdiyi yeni videolar yarada bilirsiniz.
Nəhayət, şirkət avtomatik montaj funksiyasını da təqdim edib. Artıq istifadəçilər eyni personajla olan bir neçə fərqli şəxsi videosunu və ya başqalarının hazırladığı "remiks"ləri seçərək, onları asanlıqla vahid bir videoda birləşdirə biləcəklər. OpenAI gələcəkdə redaktə imkanlarının daha da artırılacağını vəd edir.
