Az | EN

Ötən gün Azərbaycanda bank kartları üzrə 22 kibercinayət qeydə alınıb

Cəmil Hüseynzadə
23 May 2024 13:42
335 baxış
Ötən gün Azərbaycanda bank kartları üzrə 22 kibercinayət qeydə alınıb

Ötən gün Azərbaycanda bank kartları üzrə 22 kibercinayət qeydə alınıb. Bu barədə DİN-in Mətbuat xidmətinin rəisi Elşad Hacıyev Facebook hesabında məlumat paylaşıb. Məlumatda qeyd edilir: 
Bank kartlarından kiber üsullarla oğurluqlar ötən gün 22 fakt olub. Feysbukda "aşağı faizli kredit"-lə 7290, "kartınıza müdaxilə var, bankdandır, sığorta edilməsi" ilə 7186, satışa qoyulan boks ələcəyini almaq üçün "beh" göndərilməsi ilə 5180 manat olmaqla vətəndaşların bank kartı məlumatları aldadılıb alınmaqla pulları oğurlanıb. Digər faktlar üzrə məbləğlər - 1240, 1500, 155, 1500, 418, 850, 1200, 238, 21, 75, 1790, 712, 455, 2999, 2000, 900, 1640, 42, 200 manat təşkil edib. Aldatma tələləri fərqli olsa da, oğurluqlar eyni kiber üsullarla törədilib.

© copyright 2022 | tech.az | info@tech.az