İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və “Gamepons” şirkətinin təşkilatçılığı ilə
həyata keçirilən pre-inkubasiya proqramına qeydiyyat başladı!
Proqramı fərqləndirən əsas üstünlük isə pul mükafatının olmasıdır. Belə ki, proqramın sonunda ən potensiallı oyun studiyalarına öz oyun ideyasını reallaşdırmaq, prototipi daha da təkmilləşdirmək və bazara təqdim etmək üçün 10.000 AZN məbləğində mükafat veriləcək.
Bu 3 aylıq intensiv proqram oyun sahəsində uğur qazanmaq istəyən yerli komandalar üçün
nəzərdə tutulub. Proqram çərçivəsində iştirakçılar peşəkar mentorların rəhbərliyi ilə oyun dizaynı, proqramlaşdırma, marketinq və oyun biznesi inkişafı kimi vacib sahələr üzrə 24 təlimə və 10 xarici masterklasa qoşulacaq, praktiki biliklər əldə edəcəklər.
Bu pre-inkubasiya proqramının əsas məqsədi innovativ oyun ideyaları olan yerli oyun komandalarına dəstək göstərmək, yeni oyun studiyalarının inkişafını stimullaşdırmaq və onları
qlobal bazara hazırlamaqdır.
Oyun sənayesində öz yerinizi tutmaq və xəyal etdiyiniz oyun layihəsini gerçəkləşdirmək üçün
ilk addımı bizimlə atın!
Qeydiyyat zamanı məhduddur. Son müraciət tarixi: 26 Yanvar 2025, 23:00.
Bu unikal fürsəti qaçırmayın! Qeydiyyat üçün aşağıdakı linkə daxil olaraq forumu doldurmağınız kifayətdir.
Qeydiyyat linki: https://forms.gle/pn5DLQGvAwDWvHQbA
Qeyd: Mükafatla bağlı yaranan vergi öhdəliklərinə görə oyun studiyaları məsuliyyət daşıyır.