Az | EN

Özbəkistanda innovasiya ekosistemi üçün İngilis hüququna əsaslanan xüsusi hüquqi zona yaradılır

Cəmil Hüseynzadə
03 Dekabr 2025 11:43
60 baxış
Özbəkistanda innovasiya ekosistemi üçün İngilis hüququna əsaslanan xüsusi hüquqi zona yaradılır

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 26 noyabr 2025-ci il tarixində “Enterprise Uzbekistan” Beynəlxalq Rəqəmsal Texnologiyalar Mərkəzinin fəaliyyətinə dair fərman imzalayıb. Bu mərkəz Özbəkistan daxilində xüsusi hüquqi rejimlə fəaliyyət göstərəcək və rezidentlər İngiltərə və Uelsin ümumi hüququna əsaslanan qaydalarla işləyəcək. Mübahisələr isə müstəqil xüsusi məhkəmə tərəfindən həll olunacaq.

Mərkəz IT şirkətlərinə beynəlxalq texnologiya və maliyyə mərkəzlərində tətbiq olunan qaydalara uyğun işləməyə imkan verəcək. Bu model Dubay Beynəlxalq Maliyyə Mərkəzi (DIFC) və ya Astana Beynəlxalq Maliyyə Mərkəzi (MFCА) təcrübəsinə oxşardır. Rezidentlər proqram təminatı hazırlanması, konsultasiya və aутsorsinq, elmi tədqiqatlar, video oyunlar və rəqəmsal məzmun yaradılması, süni intellekt texnologiyalarının tətbiqi, məlumat mərkəzləri və bulud hesablamaları, elmi-tədris fəaliyyətləri ilə məşğul ola biləcəklər.

Mərkəzin fəaliyyətini Prezidentin rəhbərlik etdiyi xüsusi şura idarə edəcək, şuraya Baş nazir və digər yüksək vəzifəli şəxslər daxil olacaq. Rezidentlərin maliyyə xidmətləri Mərkəzi Bank və Milli Perspektivli Layihələr Agentliyi tərəfindən tənzimlənəcək, xüsusi vergi xidməti isə “bir pəncərə” prinsipi ilə ingilis dilində xidmət göstərəcək.

Fərman, həmçinin rezidentlər arasında mübahisələrin müstəqil xüsusi məhkəmə tərəfindən həll olunmasını və mərkəz xaricində xidmət göstərən şirkətlərin rezident imtiyazlarından istifadə etmədən fəaliyyət göstərəcəyini nəzərdə tutur. Üç ay ərzində hökumət “Beynəlxalq Rəqəmsal Texnologiyalar Mərkəzi haqqında” konstitusiya qanunu layihəsini hazırlayacaq.

© copyright 2022 | tech.az | info@tech.az