Az | EN

Panasonic avtomobil sənayesinə külli miqdarda investisiya yatıracaq

Bənövşə Kazımova
04 Aprel 2022 13:30
231 baxış
Panasonic avtomobil sənayesinə külli miqdarda investisiya yatıracaq

Panasonic şirkəti ötən il süni intellekt proqram təminatı şirkəti Blue Yonder ilə 7 milyard dollarlıq müqavilə imzalamışdı. İndi isə şirkət növbəti 3 il üçün maliyyə hədəflərini və investisiya sahələrini açıqlayıb. Belə ki,Panasonic orta və uzunmüddətli inkişaf strategiyasına elektrikli avtomobil akkumulyatorunu istehsal edəcəyini bildirib. 2025-ci maliyyə ilinə qədər cəmi 5 milyard dollar investisiya ayırmağı planlayan şirkət investisiyanı ikiyə böləcəyini də əlavə edib. 3,3 milyard dollarla şirkət diqqətini avtomobil akkumulyatoru və təchizat zənciri kimi inkişaf sahələrinə yönəldəcək. Qalan kapital isə istehsal texnologiyalarına yatırılacaq. Strategiya çərçivəsində şirkətin 2050-ci ilə qədər karbon emissiyalarını 300 milyon ton azaltmağı hədəflədiyi də bildirilib.Əlavə edək ki, son illərdə Panasonic avtomobil akkumulyatorları üzrə ixtisaslaşmış Toyota birgə müəssisə yaradıb.

© copyright 2022 | tech.az | info@tech.az