Avropa bazarında mövcudluğunu daha da gücləndirmək və strateji genişlənməsini davam etdirmək üçün Param Çexiyada yerləşən məşhur “indi al, sonra ödə” platforması olan Twisto-nu satın aldığını açıqlayıb. Twisto lisenziyaları sayəsində Param Avropa bazarında daxili maliyyə həlləri təklif edəcək. Şirkət ilkin olaraq Böyük Britaniya, Almaniya, Hollandiya, Çexiya və Polşada fəaliyyət göstərəcək.
Param-ın baş direktoru Emin Can Yılmaz bu satınalma ilə bağlı verdiyi açıqlamada Twisto tərəfindən Param portfelinə əlavə edilən dəyərin şirkətin Avropadakı böyümə strategiyası üçün təməl daşı olacağını qeyd edib.
Twisto istifadəçilərinə ödənişlər və alış-veriş üçün həllər təklif edir. Şirkətin Twisto Pay məhsulu ilə insanlar onlayn alış-verişlərinin ödənişini bir kliklə, qeydiyyat olmadan və ödənişsiz olaraq 30 gün gecikdirə bilərlər. Qeydiyyatdan keçmiş Twisto istifadəçiləri virtual və ya fiziki Twisto kartları ilə ödəniş etmək, Apple Pay və ya Google Pay vasitəsilə smartfonları ilə ödəniş etmək imkanına malikdirlər.