Təbir çərçivəsində iştirakçılara innovativ texnologiyalara əsaslanaraq öz ideyalarını həyata keçirmək imkanı veriləcək. Həmçinin iştirakçılar digər sənaye sahələrindən texnoloji və biznes modelləri istifadə edərək maliyyə dünyasını yeniləmək və Fintech dünyasının ən çətin problemlərinə real həllər yaratmaq üçün texnoloqlar, bank mütəxəssisləri, sahibkarlar, dizaynerlər, developerlər və digər mütəxəssislərlə işləyəcəklər.
Tədbirin məqsədi bu yarışmada iştirak edən hər bir komandanın startapı formalaşdıraraq işlək halda təqdim etməsidir. Prosesin effektivliyini təmin etmək üçün iştirakçılar peşəkar mentorlar tərəfindən konsultasiya ala biləcəklər.
"Techstars Startup Weekend FinTech Baku"nun formatı təqdimatdan, səsvermədən, komanda formalaşdırmaqdan, fikir mübadiləsi aparmaqdan və prototip hazırlamaqdan ibarətdir. İştirakçılar 60 saniyə ərzində özünü təqdim etməli, həll etdiyi məsələ və onun həll yolları haqqında, həmçinin üstünlükləri barəsində məlumat verməlidir.
İştirakçılar hər şeydən əvvəl vaxtı yaxşı dəyərləndirməli və seçilməyə çalışmalıdırlar. Təqdimatlar bitdikdən sonra iştirakçılarla ünsiyyət qurmaq üçün 45 dəqiqə verilir. Yaxşı komanda məhsulu işləyib hazırlaya bilən, istehlakçıları nəzərə alan, hərtərəfli təqdimat hazırlayan, məhsulun və biznesin işlək olduğunu təsdiq edə bilən, enerjili və bir-biri ilə uyğunlaşan insanlardan ibarət olmalıdır.
Tədbir üçün son qeydiyyat tarixi 25 oktyabrdır.