Az | EN

Payriff Səudiyyə Ərəbistanı bazarına daxil oldu

Cəmil Hüseynzadə
25 Dekabr 2025 01:43
44 baxış
Payriff Səudiyyə Ərəbistanı bazarına daxil oldu

Azərbaycanın fintex şirkəti Payriff fəaliyyət coğrafiyasını genişləndirərək Səudiyyə Ərəbistanında rəsmi olaraq işə başlayıb. Şirkət bu bazarda GCCPay by Payriff brendi altında fəaliyyət göstərəcək.

Bu addım Payriff-in regional inkişaf strategiyasında mühüm mərhələ hesab olunur və şirkətin rəqəmsal ödənişlər sahəsində mövqeyini Yaxın Şərq regionunda daha da gücləndirir.

Qeyd edək ki, Payriff hazırda Pakistan və Birləşmiş Ərəb Əmirliklərində də fəaliyyət göstərir və beynəlxalq bazarlarda genişlənməsini davam etdirir.

© copyright 2022 | tech.az | info@tech.az