DeepSeek-in xidmət şərtlərinə görə, istifadəçi məlumatları Çin serverlərində saxlanır. Bu məlumatlar Çin qanunlarına tabe olaraq idarə edilir, bu da ölkənin kəşfiyyat orqanları ilə əməkdaşlığı tələb edir.
Buna baxmayaraq, ABŞ Müdafiə Nazirliyinin işçiləri bu həftə DeepSeek-ə qoşulub və xidməti ən azı iki gün ərzində istifadə ediblər. Bloomberg-in məlumatına görə, Pentagon bu günlərdə bəzi şəbəkələrində DeepSeek-ə girişə maneə yaratmağa başlayıb, amma bəzi işçilər hələ də xidmətə daxil ola bilirlər.
ABŞ hökuməti, Çin mənşəli Sİ çatbota olan böyük marağın milli təhlükəsizlik məsələləri ilə bağlı narahatlıqlarını müzakirə edir. DeepSeek, həmçinin ABŞ-ın Apple və Play Store mağazalarında ən populyar tətbiqlərdən birinə çevrilib.
Yanvarın 24-də isə ABŞ Dəniz Qüvvələri, təhlükəsizlik və etik səbəblərdən işçilərinin DeepSeek-ə daxil olmasını qadağan edib.