Az | EN

Perplexity Sİ şəkil yaratma startapı “Vısual Electrıc”i aldı

Nigar Sultanli
03 Oktyabr 2025 11:10
97 baxış
Perplexity Sİ şəkil yaratma startapı “Vısual Electrıc”i aldı

Perplexity AI, dizaynerlərə Sİ dəstəyi ilə şəkillər yaratmaq imkanı verən Visual Electric startapını satın alıb. Razılaşmanın dəqiq maliyyə məbləği açıqlanmayıb.

Visual Electric, Colin Dunn, Adam Menges və Zach Stiggelbout tərəfindən 2022-ci ildə qurulmuş bir startapdır. Startap, istifadəçilərin sadəcə mətn yazmaqla vizual kontent yaratmasına, eyni zamanda bu görünüşlər üzərində sərbəst şəkildə işləməsinə imkan yaradırdı. Bu gənc şirkət, yarandığı vaxtdan bəri Sequoia Capital və BoxGroup kimi fondlardan ümumilikdə 2.5 milyon dollar investisiya cəlb edib.

Visual Electric-i digər Sİ-vizual alətlərindən fərqləndirən əsas cəhət, təqdim etdiyi "sonsuz kətan" (yəni, məhdudiyyətsiz iş sahəsi) yanaşması idi. Bu funksiya sayəsində dizaynerlər ideyalarını sanki bir ağ lövhə üzərində yanaşı qoyaraq inkişaf etdirə və çoxlu fərqli versiya üzərində rahatlıqla işləyə bilirdilər.

Satınalma müqaviləsinə görə, Visual Electric-in xidməti üç ay ərzində dayandırılacaq. Şirkət, abunəçilərin ödədikləri haqqı geri almalarına və məlumatlarını başqa sistemlərə köçürmələrinə şərait yaradacağını bildirib.

Perplexity AI-ın bu satınalması, Visual Electric-in vizual kontent yaratma texnologiyasını özünün axtarış sisteminə birləşdirmək niyyətini göstərir.

© copyright 2022 | tech.az | info@tech.az