Az | EN

Prezident yeni kibertəhlükəsizlik strategiyasını təsdiq edib

Cəmil Hüseynzadə
29 Avqust 2023 11:11
1174 baxış
Prezident yeni kibertəhlükəsizlik strategiyasını təsdiq edib

Azərbaycanda yeni İnformasiya təhlükəsizliyi və Kiberəthlükəsizliyə dair Strategiya təsdiqlənib. “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzalayıb. Yeni Strategiya ilə bir sıra tədbirlər planı nəzərdə tutulub. 

İnformasiya təhlükəsizliyinin təmin olunması üçün riskləri, xidmətləri və insidentləri idarəetmə sistemləri, o cümlədən bu sistemlərə tələb olunan əsas tədbirlər toplusu, təhlükəsizlik səviyyəsini ölçmə modeli və həmin sistemləri davamlı təkmilləşdirmə mexanizmi formalaşdırılır. Bu baxımdan müvafiq sahəyə aid təhdidlərin müəyyənləşdirilməsi və risklərin idarəedilməsi ilə bağlı bu Strategiyada nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsindəhəmin təhdidlərin qarşısını ala bilən müasir texnologiyalar hazırlanacaq, mühafizə qabiliyyəti yüksəldiləcəkdir.

2001-ci il noyabrın 23-də Budapeşt şəhərində imzalanmış “Kibercinayətkarlıq haqqında” Konvensiyanın müvafiq bəyanatlarla və qeyd-şərtlərlə Azərbaycan Respublikasının 2009-cu il30 sentyabr tarixli Qanunu ilə təsdiq edilməsi kibercinayətkarlıqla mübarizə sahəsində atılan mühim addımlardan biridir. Həmin Konvensiyanın müddəalarından irəli gələrək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq dəyişikliklər edilmişdir.

© copyright 2022 | tech.az | info@tech.az