Az | EN

Qarabağ Universitetinin loqosunun hazırlanması üzrə Loqo müsabiqəsi elan edir

Cəmil Hüseynzadə
05 İyul 2024 10:34
1211 baxış
Qarabağ Universitetinin loqosunun hazırlanması üzrə Loqo müsabiqəsi elan edir

Qarabağ Universiteti loqosunun hazırlanması üçün müsabiqə elan edir. 17 iyul 2024-cü ilə qədər davam edəcək müsabiqədə iştirakçılar loqo hazırlayıb təqdim etməlidirlər. Təqdim olunan loqolardan ən yaxşısı seçilərək Qarabağ Universitetinin loqo ediləcək.
Müsabiqənin şərtləri:
• Müsabiqədə bu sahədə bacarıqlı olan hər kəs iştirak edə bilər;
• Hər iştirakçı maksimum 2 variantda eskiz təqdim edə bilər;
• Təqdim olunan eskizlərin qısa izahedici mətni olmalıdır;
• Təqdim olunan eskizlər yeni olmalıdır;
• Loqo orijinal, müasir, rəngli və konseptual görünüşlü olmalıdır;
• Loqo digər loqolara və ya onların komponentlərinə uyğun gəlməməlidir;
• Təqdim olunan loqotiplər *jpeg, *png, *eps, *ai və ya *cdr formatında olmalıdır;
• Qarabağ Universiteti qalib gəlmiş loqonu istənilən tərzdə blanklarda, vizit kartlarında və digər məhsullarda istifadə etmək üçün müstəsna hüquqa malikdir.

Eskizlərin qəbulu üçün son tarix: 17 iyul 2024-cü il
Hazırlanan loqo eskizlərini göndərmək üçün elektron poçt ünvanı: [email protected]

© copyright 2022 | tech.az | info@tech.az