Az | EN

"Gamepons" Türkiyədə Rəsmi Nümayəndəliyini Açdı

Cəmil Hüseynzadə
08 Fevral 2025 13:05
1102 baxış
"Gamepons" Türkiyədə Rəsmi Nümayəndəliyini Açdı

Azərbaycanın aparıcı oyun tərtibatı şirkətlərindən biri olan "Gamepons", beynəlxalq genişlənmə strategiyası çərçivəsində Türkiyədə rəsmi nümayəndəliyini açdı. Bu addım şirkətin oyun sənayesindəki mövqeyini gücləndirmək və regiondakı fəaliyyətini genişləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Türkiyədə "Gamepons"un fəaliyyətlərinə Murat Seçilmiş rəhbərlik edəcək. O, oyun tərtibatı sahəsində geniş təcrübəyə malikdir və hazırda "Boxu" və "In-die Valley" şirkətlərinin təsisçisi və oyun layihələrinin rəhbəridir. Bundan əvvəl isə "Argeist Virtual and Augmented Reality Technologies", "Vaquar" və "Nukeloveer Studio" kimi şirkətlərdə oyun tərtibatı, süni intellekt və AR/VR texnologiyaları sahələrində müxtəlif vəzifələrdə çalışıb.

"Gamepons"un Türkiyədə nümayəndəliyinin açılması Azərbaycanın oyun tərtibatı sənayesinin beynəlxalq arenada təmsilçiliyini artırmaqla yanaşı, qlobal investorların yerli ekosistemə marağını cəlb etmək baxımından da strateji əhəmiyyət daşıyır.

© copyright 2022 | tech.az | info@tech.az