Az | EN

"Intel" çip istehsalı üçün 2.2 milyard dollar qrant əldə edib

Nigar Sultanli
31 Yanvar 2025 17:07
56 baxış
"Intel" çip istehsalı üçün 2.2 milyard dollar qrant əldə edib

Intel ABŞ Ticarət Departamentindən 2.2 milyard dollar qrant alıb. Bu barədə şirkət maliyyə hesabatında məlumat verib. Şirkətin maliyyə direktoru Dave Zinsner bildirib ki, Intel 2024-cü ilin sonunda 1.1 milyard dollar və 2025-ci ilin yanvar ayında daha 1.1 milyard dollar qrant alıb. Bu qrantlar şirkətin müəyyən hədəflərə çatmasına əsaslanır. Digər 5.66 milyard dollar isə qrant hələ ödənilməyib.

2022-ci ildə qəbul olunan “U.S. CHIPS and Science” Qanunu çərçivəsində, Intel ümumilikdə 7.86 milyard dollar qrant alıb. Şirkət bu maliyyəni ABŞ-ın Arizona, Yeni Meksiko, Ohio və Oregon ştatlarında çip istehsalı və çipləri birləşdirərək daha inkişaf etmiş üsullarla paketləmək üçün istifadə etməyi planlaşdırır. Bu qanun, ABŞ-da çip istehsalını artırmaq məqsədilə qəbul olunub və ümumilikdə 52 milyard dollar vəsait ayrılıb.

Zinsner bildirib ki, Intel şirkəti Trump administrasiyası ilə əlaqə saxlayıb və administrasiya ABŞ-da yarımkeçirici istehsalını gücləndirməyi dəstəkləyir. Şirkət gələcəkdə də bu administrasiya ilə əməkdaşlıq etməyə davam etməyi planlaşdırır.

© copyright 2022 | tech.az | info@tech.az