"LUKOIL" yanacaqdoldurma məntəqələrində sürücülər qəribə vəziyyətlə qarşılaşıblar. Belə ki, yanacaq ödənişini onlayn və ya kartla etmək istəyən müştəriyə rədd cavabı verilib. Məntəqədə ondan ödənişi yalnız nağd şəkildə həyata keçirmək tələb olunub.
Vəziyyəti aydınlaşdıran məntəqə əməkdaşı bu qərarın yeni olduğunu təsdiqləyib. Onun sözlərinə görə, kartla ödənişlərin qəbulu əvvəlki gün axşam saat 7 radələrindən etibarən dayandırılıb. Əməkdaşlara rəhbərlik tərəfindən müştərilərdən yalnız nağd pul qəbul etmələri barədə ciddi tapşırıq verilib.
Hələlik bu qəfil dəyişikliyin rəsmi səbəbi barədə heç bir açıqlama verilməyib. Bununla belə, ödəniş sistemlərindəki bu məhdudiyyətin şirkətə tətbiq olunan sanksiyalarla əlaqədar olduğu güman edilir.
