Az | EN

"Messenger"ə HD keyfiyyətli video zənglər, süni intellektli arxa fon kimi yeniliklər gəlir

Röya Yusifbəyli
22 Noyabr 2024 20:30
62 baxış
"Messenger"ə HD keyfiyyətli video zənglər, süni intellektli arxa fon kimi yeniliklər gəlir

"Meta" öz mesajlaşma tətbiqi "Messenger" üçün süni intellekt dəstəkli arxa səs boğucu da daxil olmaqla yeni xüsusiyyətlər təqdim edir.

Şirkət mesajlaşma tətbiqi "Messenger" üçün yeni xüsusiyyətlər təqdim edir. Bu yeniliklər arasında süni intellektlə dəstəklənən səs boğucu texnologiya da var. "Messenger"ə HD keyfiyyətli video zənglər və kənar səslərin təcrid edilməsi funksiyaları əlavə edilib. Bu funksiyaları zəng parametrləri menyusundan aktivləşdirmək mümkündür. "Meta" bildirir ki, HD keyfiyyətli zənglər indi "Wi-Fi" üzərindən edilən zənglər üçün standart olaraq aktivdir və mobil şəbəkə üzərindən zənglər üçün də seçim kimi təqdim olunur.

"Messenger" indi kontaktlarınız aktiv olmadıqda, səsli və ya video mesaj göndərməyə imkan verir. Belə ki, bu sistem bir növ rəqəmsal səsli poçt kimi işləyir. Kimsə zəngə cavab vermədikdə, yeni “Mesaj yaz” düyməsinə toxunaraq səsli və ya video qeyd göndərə bilərsiniz.Bundan əlavə, "Messenger"ə yeni "Siri" inteqrasiyası da əlavə edilib. İndi "iOS" cihazlarında "Siri"yə müraciət edərək zəng və mesajlar üçün kömək istəyə bilərsiniz. Məsələn, “Hey Siri, "Messenger"də Kassandra’ya mesaj göndər” deyərək mesajın məzmununu diktə edə bilərsiniz. 
"Meta" ilin əvvəlində bəhs etdiyi video zənglər üçün süni intellektlə hazırlanmış arxa fonlarını da istifadəyə verib. Şirkət bildirir ki, tezliklə "Messenger" video zəngləri zamanı yan menyudakı “Effektlər” ikonuna toxunub, “Fonlar” seçimini seçərək süni intellektlə yaradılmış fonlar əlavə etmək mümkün olacaq."Messenger"ə edilən bu yeniliklər, "Meta"nın tətbiqə yeni icmalar funksiyasını təqdim etməsindən, "Messenger"in axtarış çubuğuna "Meta AI" çatbotunu daxil etməsindən və böyük faylların paylaşılması üçün alətlər əlavə etməsindən sonra gələcək. Ötən ilin sonlarında "Meta" "Messenger" söhbətləri üçün ucdan-uca şifrələməni də standart hala gətirmişdi.

© copyright 2022 | tech.az | info@tech.az