Az | EN

"MPAY" ilə “Azərişıq Makel” ödənişlərini sayğac kartını smartfona yaxınlaşdıraraq etmək mümkündür

Cəmil Hüseynzadə
02 İyul 2024 11:19
246 baxış
"MPAY" ilə “Azərişıq Makel” ödənişlərini sayğac kartını smartfona yaxınlaşdıraraq etmək mümkündür

“MPAY”dən növbəti yenilik – “Azərişıq Makel” ödənişlərini sayğac kartını smartfona yaxınlaşdıraraq etmək mümkündür.

Bunun üçün “MPAY” mobil tətbiqini “AppStore” və ya “Play Store”dan yükləyərək cihazınıza quraşdırın. Daha sonra tətbiqdə qeydiyyatı tamamlayıb kommunal ödənişlər bölməsinə keçid edin. Buradan "Azərişıq Makel" NFC xidmətini seçərək, kartı smartfonunuza yaxınlaşdırın və ödənişi tamamlayın. 
Qeyd edək ki, sözügedən funksiya yalnız “mPay” tətbiqindədir. 

Bundan əlavə, “MPAY” tətbiqi vasitəsilə "Azəriqaz" GALLUS NFC, “Zenner” NFC, eləcə də “Azərsu” NFC ödənişlərini də kartı smartfona yaxınlaşdırmaqla etmək mümkündür.

Tətbiqi buradan yükləyə bilərsiniz.

© copyright 2022 | tech.az | info@tech.az