Az | EN

"Turan" Türkiyədən Azərbaycana komissiyasız pul köçürmə xidmətinə başlayıb

Bənövşə Kazımova
16 Yanvar 2023 11:40
5457 baxış
"Turan" Türkiyədən Azərbaycana komissiyasız pul köçürmə xidmətinə başlayıb

Türk dövlətlərinin yeni nəsil maliyyə tətbiqi olmağı hədəfləyən Turan Türkiyədən Azərbaycana saniyələr ərzində komissiyasız pul köçürmə xidmətinə başladığını açıqlayıb.

Turan Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan kimi türk dövlətlərinə xüsusi maliyyə məhsulları və xidmətləri ilə FinTech sahəsində töhfə verməyi planlaşdırır. Nəzərinizə çatdıraq ki, tətbiq Türkiyədən kənarda fəaliyyətinə ilk dəfə Azərbaycanla başlayıb. Türkiyədən Azərbaycandakı bütün kartlara komissiyasız pul köçürmələrini saniyələr ərzində həyata keçirməyə imkan verən tətbiq bu sahədə yeni çığır açıb.

2022-ci ilin sonuna olan məlumata görə, Türkiyədə 68 mindən çox Azərbaycan vətəndaşı yaşayır. Məlumdur ki, bu vətəndaşların ən mühüm problemlərindən biri ölkələrinə pul köçürmələri prosesində yaranan çətinliklərdir. Turan da Türkiyə ilə Azərbaycan arasında həm maliyyə, həm də sosial əlaqələrin ən güclü olduğu bir vaxtda pul köçürmə prosesindəki çətinliklərə rəqəmsal həll təklif etməklə, iki ölkə arasında iqtisadi əlaqələrin daha da güclənməsinə böyük fayda verir.

Tətbiqin Azərbaycanda göstərəcəyi fəaliyyətindən danışan Turan-ın qurucusu və baş direktoru Özgür Bayraktar “Ən mühüm hədəflərimizdən biri Turan və türk dövlətlərini iqtisadi cəhətdən bir-birinə daha da yaxınlaşdırmaqdır. Bu münasibətlə Türkiyə ilə Azərbaycan arasında yaranmış bu əməkdaşlıqdan məmnunluq duyuruq. 2023-cü ildə Özbəkistana komissiyasız pul köçürmələrinə başlamaq niyyətindəyik”, - deyə bildirib.

Onu da vurğulayaq ki, 2022-ci ilin may ayında qurulan maliyyə texnologiyaları şirkəti və Türkiyə Respublikası Mərkəzi Bankının nəzarəti altında fəaliyyət göstərən "Turan Teknoloji Anonim Şirketi" bütün türk dövlətlərində yaşayan istifadəçilər üçün yeni nəsil maliyyə tətbiqi olmağı hədəfləyir. Daha ətraflı məlumat almaq üçün buraya daxil ola bilərsiniz.

© copyright 2022 | tech.az | info@tech.az