İlon Mask Twitter hesabı vasitəsilə hesablara tədiqlənmə işarəsi almağa imkan verən “Twitter Blue” abunəliyinin noyabrın 29-da yenidən işə salınacağını bildirib. O, həmçinin bu işarə üçün ödəniş etməyən hesablardakı mavi işarənin bir neçə aydan sonra silinəcəyini qeyd edib.
Bunlara əlavə olaraq, paylaşdığı başqa bir tvitində vurğulayıb ki, təsdiqlənmiş hesab adının dəyişdirilməsi yeni adın istifadəçi müqaviləsinin şərtlərinə uyğun olduğu “Twitter” tərəfindən təsdiqlənmədiyi halda işarənin itirilməsi ilə nəticələnəcək.
Xatırladaq ki, daha öncə şirkət eyniadlı sosial şəbəkədə siyasətçilərin və məşhurların rəsmi səhifələri kimi təqdim edilən saxta hesabların yayılması səbəbindən abunə satışını dayandırmışdı. Eli Lily və Nintendo kimi bir çox saxta hesabların yayılması General Motors, General Mills, Audi, Volkswagen kimi şirkətləri və Omnicom Media Group kimi reklam şirkətlərini platformada reklamlarını dayandırmağa vadar edib.