Az | EN

"WhatsApp"da danışmaq istəmədiyimiz şəxsləri asanlıqla bloklaya biləcəyik

Bənövşə Kazımova
13 Yanvar 2023 14:51
280 baxış
"WhatsApp"da danışmaq istəmədiyimiz şəxsləri asanlıqla bloklaya biləcəyik

Bu yaxınlarda tətbiqinə bir çox funksiyalar gətirən WhatsApp indi də başqa bir yenilik üzərində işləyir. WABetainfo tərəfindən aşkar edilmiş bu xüsusiyyət istifadəçilərin işini xeyli asanlaşdıracaq.

WhatsApp-dan istifadə edərkən bəzi hallarda tanımadığımız və ya danışmaq istəmədiyimiz insanları bloklamaq məcburiyyətində qalırıq. Bunu etmək üçün, adətən, biz həmin şəxslə söhbəti açıb sonra söhbət detallarını daxil edib onu seçir, ya da parametrlər bölməsindəki məxfilik bölməsindən bunu edirik. 

Amma hazırda inkişaf mərhələsində olan bu funksiya ilə həmin şəxsləri birbaşa söhbət siyahısından bloklamaq mümkün olacaq. Bu qısayol söhbət siyahısının yuxarı sağ tərəfindəki seçimlər hissəsinə əlavə ediləcək. Belə ki, bloklamaq istədiyimiz şəxsləri seçdikdən sonra həmin hissədə "Blok" seçimini görəcəyik. Beləliklə, söhbəti və ya parametrləri açmadan istənilən qədər insanı asanlıqla bloklamaq mümkün olacaq.

Əslində bu funksiyanın vaxta qənaət etmək baxımından istifadəçilər tərəfindən bəyəniləcəyi gözlənilir. Platformanın yeni funksiyanı nə vaxt geniş miqyasda təqdim edəcəyi barədə hələlik heç bir məlumat yoxdur.

© copyright 2022 | tech.az | info@tech.az