Az | EN

"WhatsApp"da mesajları bir cihazdan digərinə QR-kod ilə köçürmək mümkün olacaq

Bənövşə Kazımova
12 Yanvar 2023 14:17
727 baxış
"WhatsApp"da mesajları bir cihazdan digərinə QR-kod ilə köçürmək mümkün olacaq

“WhatsApp” platforması QR-kodlardan istifadə etməklə mesajları bir cihazdan digərinə ötürməyə imkan verəcək yeni funksiya üzərində işləyir. Bildirilib ki, bu yenilik “Google Drive”da ehtiyat nüsxələrin yaradılması ehtiyacını aradan qaldıracaq.

Məlumatlara görə, funksiya hələ hazırlanma mərhələsindədir. Funksiyadan istifadə etmək üçün istifadəçi köhnə cihazında mesajların ötürülməsini aktivləşdirməlidirlər. Sonra isə QR kodu skan edərək mesaj tarixçəsini yeni bir cihaza köçürə bilərlər.

Onu da vurğulayaq ki, funksiyanın nə zaman istifadəyə veriləcəyi barədə hələlik heç bir məlumat verilməyib. Bununla belə, yeniliyin yaxın zamanda hər kəs üçün əlçatan olacağı gözlənilir.

© copyright 2022 | tech.az | info@tech.az