"WhatsApp" platformasında statusa səsli mesaj yerləşdirmək mümkün olub.
Bu barədə messencerin sahibi olan "Meta" şirkəti məlumat verib. Şirkət bildirib ki, yeniləmə artıq iOS istifadəçiləri üçün əlçatan olub.
Qeyd olunur ki, istifadəçilər artıq status hissəsində səsli mesajlar yerləşdirə biləcəklər. Bundan başqa, məlum olub ki, fotolardan mətnin kopyalanması da platformaya gələcək.