Az | EN

"WhatsApp"da yaxın günlərdə mesajları tarixə görə axtarmaq mümkün olacaq

Bənövşə Kazımova
02 Dekabr 2022 14:05
286 baxış
"WhatsApp"da yaxın günlərdə mesajları tarixə görə axtarmaq mümkün olacaq

WhatsApp indi də mesajları tarixə görə axtarmaq imkanı iOS beta istifadəçiləri üçün sınaqdan keçirir. WABetaInfo bloqunda paylaşdığı yazıda iOS üçün 22.19.0.73 WhatsApp beta versiyasında yeni funksiyanın sınaqdan keçirildiyini açıqlayıb.

Belə ki, bu funksiya vasitəsilə istifadəçilər söhbət ekranında konkret tarixi seçə və həmin tarixdə göndərilən mesajları nəzərdən keçirə biləcəklər. 

Fərdi və qrup söhbətlərində istifadə olunacaq funksiya yuxarıdakı şəkildəki kimi görünəcək. Mesaj axtarışına kliklədikdən sonra, təqvim simvolu klaviaturanın bir qədər yuxarısında yerləşəcək və təyin etdiyiniz vaxta əsasən mesajlara baxa biləcəksiniz. Funksiya ikinci dəfə sınaqdan keçirildiyi üçün onun yaxın günlərdə stabil versiyaya gəlməsi gözlənilir. Amma nə vaxt gələcəyi hələ məlum deyil.

 

 

© copyright 2022 | tech.az | info@tech.az