Az | EN

"WhatsApp"ın masaüstü versiyasına kilidləmə funksiyası gəlir

Bənövşə Kazımova
22 Noyabr 2022 10:21
387 baxış
"WhatsApp"ın masaüstü versiyasına kilidləmə funksiyası gəlir

“WhatsApp” indi masaüstü proqramı üçün bir neçə yeni funksiya təqdim etməyi planlaşdırır. Belə ki, “Android” və “iOS” versiyalarında mövcud olan “WhatsApp” proqramının kilidlənməsi funksiyası artıq masaüstü versiyasına da əlavə olunacaq.

3 il əvvəl tətbiqin kilidlənməsi funksiyası WhatsApp-ın mobil versiyasına gəlmişdi. Bu yolla istifadəçilər tətbiqi kilidləyərək başqalarının mesaj daxil etməsinin qarşısını ala bilərdilər. Bu xüsusiyyət sayəsində istifadəçilər daha əvvəl təyin etdikləri parolla WhatsApp masaüstü tətbiqini aça biləcəklər.

Onu da əlavə edək ki, şifrə itirildikdə və ya unudulsa, QR kodu ilə WhatsApp-a yenidən qoşularaq proqramdan çıxmaq və daxil olmaq mümkün olacaq.

© copyright 2022 | tech.az | info@tech.az