Az | EN

"WhatsApp" səsli mesajların mətnə çevrilməsi funksiyasını təqdim edir

Röya Yusifbəyli
21 Noyabr 2024 22:20
242 baxış
"WhatsApp" səsli mesajların mətnə çevrilməsi funksiyasını təqdim edir

"WhatsApp" cümə axşamı günü səsli mesajların mətnə çevrilməsi funksiyasını istifadəyə verəcəyini elan etdi. "Meta"ya məxsus olan şirkət, bu yeni funksiyanın xüsusilə hərəkət zamanı və ya səs-küylü mühitdə səsli mesajı dinləyə bilmədiyiniz zaman çox faydalı olacağını bildirir. Oxşar funksiya keçən il "WhatsApp"ın əsas rəqiblərindən biri olan "Apple"ın mesaj tətbiqi üçün "iOS" 17 proqram yeniləməsi ilə birlikdə təqdim edilmişdi.Bu yeni funksiyanın köməyi ilə səsli mesajlar mətnə çevrilə bilər. Bu da səsli mesajları dinləyə bilmədiyiniz və ya dinləmək istəmədiyiniz hallarda mesajın məzmununu öyrənmək üçün faydalıdır. "WhatsApp"ın iddiasına görə, mətnlər cihazınızda yaradılır və heç kim bunları oxuya bilmir.Yeni funksiyanı istifadə etmək üçün "Parametrlər" bölməsinə keçməli, sonra "Söhbətlər" bölməsini seçərək "Səsli mesajların mətnə çevrilməsi" funksiyasını aktivləşdirməlisiniz. Daha sonra mətni hansı dildə çevirmək istədiyinizi seçə bilərsiniz.

Səsli mesajların mətnə çevrilməsi funksiyasını aktiv etdikdən sonra səsli mesajın mətnini əldə etmək üçün onun üzərində basılı saxlayaraq “Mətnə çevir” seçimini seçə bilərsiniz. Lakin bu funksiya bütün mesajları avtomatik olaraq mətnə çevirməyəcək.

Şirkət bildirir ki, səsli mesajların mətnə çevrilməsi funksiyası növbəti həftələr ərzində seçilmiş dillərdə qlobal olaraq təqdim ediləcək.

"iOScihazlarında dəstəklənən dillər əməliyyat sisteminizdən asılıdır. Əgər "iOS"16 və daha yüksək versiyadan istifadə edirsinizsə, ingilis, ispan, fransız, alman, italyan, yapon, koreya, portuqal, rus, türk, çin və ərəb dilləri mövcuddur. "iOS" 17 və daha yüksək versiyada isə əlavə olaraq dan, fin, malay, norveç, holland, isveç, ivrit və tay dilləri dəstəklənir.

"Android" cihazlarında isə ingilis, portuqal, ispan və rus dillərində mətnlərə çevrilmə funksiyasından istifadə edə bilərsiniz.

WhatsApp yaxın aylarda əlavə dillərdə də xidmət təqdim etməyi planlaşdırır.

© copyright 2022 | tech.az | info@tech.az