Az | EN

"Windows 12"-nin təqdimat tarixi açıqlanıb

Nail Valiyev
06 Dekabr 2023 16:14
1038 baxış
"Windows 12"-nin təqdimat tarixi açıqlanıb

"Microsoft"un yeni əməliyyat sistemi "Windows 12"-nin təqdimat tarixi açıqlanıb. Windows 11-dən sonra gələn bu versiya bir çox süni intellektə əsaslanan yeniliklərlə hazırlanıb. Windows 12-nin təqdimatı 2024-cü ilin iyun ayının ikinci rübündə baş tutacaq. Süni intellekt dəstəyi ilə hazırlanan bu versiya istifadəçilərə geniş dil modelləri, GPT inteqrasiyası və foto redaktorları kimi xüsusiyyətlər təqdim edəcək. Bundan əlavə, qabaqcıl GPU texnologiyaları ilə performans baxımından istifadəçiləri qane edəcək.

Microsoftun Windows 12 ilə dizayn, performans və istifadəçi təcrübəsi baxımından gözləntiləri qarşılamağı hədəflədiyi bildirilir. Yeni avadanlığa sahib olan istifadəçilər süni intellekt dəstəyi sayəsində daha təkmil Windows təcrübəsi yaşayacaqlar. Windows 10-a baxmayaraq Windows 12-nin uğurlu olacağı və istifadəçilərin diqqətini çəkəcəyi bildirilir.

© copyright 2022 | tech.az | info@tech.az