Az | EN

"xAI" şirkəti "Grok" çatbotu üçün tətbiq buraxacaq

Röya Yusifbəyli
28 Noyabr 2024 20:13
54 baxış
"xAI" şirkəti "Grok" çatbotu üçün tətbiq buraxacaq

Elon Mask "OpenAI" ilə rəqabət aparmaq üçün növbəti addımı atmağa hazırdır. Belə ki,Elon Musk-ın "xAI" şirkəti tezliklə "Grok" çatbotu üçün ayrıca tətbiq buraxacaq.

Mask, "OpenAI"ın qurucularından biri olsa da, ideoloji fərqliliklər səbəbindən şirkətdən uzaqlaşıb və "xAI"ı "OpenAI"a alternativ olaraq yaradıb. İndi isə "The Wall Street Journal"ın məlumatına görə, "xAI" dekabr ayında öz tətbiqini təqdim etməyi planlaşdırır və bu tətbiq "OpenAI"ın "ChatGPT"si ilə birbaşa rəqabət aparacaq.

Hal-hazırda istifadəçilər "Grok"a "X" platforması vasitəsilə yalnız xidmətə abunə olduqları halda daxil ola bilərlər. Adı açıqlanmayan mənbələrə istinadən, qəzet bildirib ki, "xAI" həmçinin Mask-ın digər şirkəti "SpaceX"in bir hissəsi olan "Starlink" üçün müştərilərə dəstək funksiyalarının yaradılmasında da iştirak edir. Hesabatla bağlı suallara "X" şirkəti  cavab verməyib.

"OpenAI"ın "ChatGPT"si, "Google"un "Gemini" və "Anthropic"in "Claude" tətbiqləri artıq öz tətbiqlərinə və ödənişsiz məhsullara sahibdir, bu da "Grok"u digər çatbotlardan fərqləndirən xüsusiyyətdir.

© copyright 2022 | tech.az | info@tech.az