"Yandex" 2026-cı ildə Moskvada adi sərnişinlər arasında robotaksi xidmətini sınaqdan keçirməyi planlaşdırır. Şirkətin planına görə, avtomobillərdə hələlik sükan arxasında sınaq sürücüsü olacaq.
"Yandex Taksi"nin rəhbəri Aleksandr Anikin bildirib ki, sərnişinlərə avtonom taksi təsadüfi şəkildə təyin ediləcək, lakin istəsələr, bu cür səfərdən imtina edə biləcəklər.
İlk mərhələdə robotaksilər şəhərin bir neçə rayonunda — real nəqliyyat tələbatını ödəməyə imkan verəcək qədər geniş ərazidə — istifadəyə veriləcək. Şirkətin hesablamalarına əsasən, belə taksilərdə gediş haqqı adi avtomobillərlə eyni olacaq.
Qəzalar zamanı məsuliyyət məsələsi hələ tənzimlənməyib. Anikinə görə, əgər hadisə “konstruktiv” səbəbdən baş verərsə, məsuliyyət istehsalçının, “istismar” zamanı yaranan problemlərdə isə operatorun üzərinə düşməlidir.
"Yandex" 2017-ci ildən bəri avtonom nəqliyyat vasitələri üzərində işləyir. Rusiyada ilk sınaqlar 2018-ci ildə İnnapolis və Moskvada keçirilmişdi. 2023-cü ilin iyununda şirkət Moskvanın Yasenevo rayonunda, oktyabrda isə Sirusda robotaksi xidmətini test rejimində işə salmışdı.