Az | EN

Rabitəbank-ı Spotify-da dinləyin

Cəmil Hüseynzadə
25 İyun 2022 13:30
191 baxış
Rabitəbank-ı Spotify-da dinləyin

Ölkənin aparıcı və innovasiya yönümlü banklarından biri olan Rabitəbank Spotify hesabı açıb. 

Bank açıqlamasında bildirib ki, müştərilərinin gününü daha da xoş etmək üşün bank, maliyyə ilə bağlı maraqlı mövzular üzərindən pleylistlər yaradıblar. “Rabita Music” adlı hesabda “Kartda pul bitəndə”, “Kartmane ilə onlayn şoppinq edəndə”, “Tanışlar bor istəyəndə…” kimi pleylistlər var. 

Qeyd edək ki, daha öncə yerli şirkətlər OBA Market Spotify hesabı açmışdı. Ümumiyyətlə, dünyada bir sıra brendlər kreativlik edərək özlərinə Spotify hesabı açıqlar. Nümunə olaraq Braillanı göstərə bilərik. İtaliyanın məşhur makaron şirkəti Barilla-nın da öz Spotify hesabı var. Barilla-nın hesabındakı musiqilər makaronların bişmə vaxtına uyğunlaşdırılıb. Yəni hər bir musiqi makaronun hazırlanması vaxtı qədərdir.

© copyright 2022 | tech.az | info@tech.az