İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, SUP.VC şirkətinin təşkilatçılığı ilə həyata keçirilən INNOSTART inkubasiya proqramı çərçivəsində regional DemoDay tədbirləri start götürüb.
Proqramın əsas məqsədi regionlarda yaşayan gənclərin innovasiya potensialını gücləndirmək, onların startap təşəbbüslərinə dəstək göstərmək və sahibkarlıq bacarıqlarını inkişaf etdirməkdir. Bu məqsədlə INNOSTART proqramı çərçivəsində müxtəlif icma tədbirləri, hackathonlar və inkubasiya mərhələləri həyata keçirilir.
Hazırda proqramın iştirakçıları üçün Gəncə, Lənkəran, Naxçıvan və Sumqayıt regionlarında DemoDay tədbirləri təşkil olunur. Tədbirlərdə inkubasiya proqramına seçilmiş startaplar öz məhsul və ideyalarını investorlar, ekosistem nümayəndələri və ekspertlər qarşısında təqdim edəcəklər.
DemoDay formatı startaplara həm təcrübələrini paylaşmaq, həm də potensial tərəfdaşlar və investorlarla əlaqə qurmaq üçün geniş imkanlar yaradır.
INNOSTART proqramı regionlarda innovasiya mədəniyyətinin formalaşmasına və gənclərin texnoloji təşəbbüslərinin dəstəklənməsinə xidmət edir.