Az | EN

Rəqəmsal inkişaf və elektron hökumətlə bağlı məsul vəzifəli şəxslərə dair meyarlar təsdiqlənib

Nigar Sultanli
09 Oktyabr 2025 13:50
62 baxış
Rəqəmsal inkişaf və elektron hökumətlə bağlı məsul vəzifəli şəxslərə dair meyarlar təsdiqlənib

Nazirlər Kabineti tərəfindən "Rəqəmsal inkişaf və elektron hökumətlə bağlı görülən işlərin və həyata keçirilən tədbirlərin icrasına məsul vəzifəli şəxslərin fəaliyyətinin qiymətləndirilməsi meyarları" təsdiqlənib.

Baş nazir Əli Əsədovun imzaladığı yeni qərar, dövlət orqanlarında rəqəmsal transformasiyaya cavabdeh olan məsul şəxslərin fəaliyyətinin ölçülməsi üçün konkret standartlar müəyyən edir.

Qərara əsasən, bu qiymətləndirmə meyarları ali kateqoriya dövlət orqanlarına, habelə mühafizə və təhlükəsizlik funksiyalarını yerinə yetirən qurumlara (mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri) şamil edilmir.

Bu qərar rəqəmsal inkişaf və elektron hökumət sahəsində görülən işlərin səmərəliliyini artırmaq məqsədi daşıyır.

© copyright 2022 | tech.az | info@tech.az