Az | EN

Revolut Azərbaycanda aktivləşib

Cəmil Hüseynzadə
15 Dekabr 2022 17:53
2250 baxış
Revolut Azərbaycanda aktivləşib

Revolut Azərbaycanda aktivləşib. Artıq istifadəçilər Azərbaycandan qeydiyyatdan keçib, köçürmələr edə bilərlər. Revolut vasitəsi ilə olunan ödənişlər komissiyasızdır və onun dünya üzrə 25 milyondan çox istifadəçisi var. 

Xidmətin Azərbaycan regionunda aktivləşməsi saytında qeyd edilib və Azərbaycan aktiv ölkələrin siyahısına əlavə edilib. Azərbaycanlı istifadəçilər 

Revolut pul köçürmələrindən tutmuş büdcə nəzarətinə qədər bir çox əməliyyatları həyata keçirə biləcəyiniz bir sistemdir. 

  • Beynəlxalq pul köçürmələri
  • Valyuta alışı və valyuta konvertasiyası
  • Kriptovalyuta alışı
  • Əmanət hesabının yaradılması
  • Nağlaşdırma
  • Virtual kart
  • Birdəfəlik virtual kartın mümkünlüyü
  • Virtual bank hesabı açmaq
  • İnvestisiya etmək imkanı

Revolut-un aktivləşməsi ilə Azərbaycanda uzaqdan işlər (remote) sayının artacağı ehtimal edilir. Bu vaxta qədər ölkəmizdə uzaqdan iş vaxtı ödənişlərdə kifayət qədər çətinlik yaşanırdı. Revolut-un təqdim etdiyi xidmətlərlə bunun aradan qalxacağı gözlənilir.

Revolut bank xidmətləri təklif edən Britaniya maliyyə texnologiyası şirkətidir. Baş ofisi Londonda yerləşən Revolut 2015-ci ildə Nikolay Storonski və Vlad Yatsenko tərəfindən təsis edilib. 2018-ci ildə Revolut-a Litva Bankı tərəfindən bank lisenziyası verilib.

© copyright 2022 | tech.az | info@tech.az