Az | EN

Rus avtomobilləri Azərbaycanda istehsal ediləcək

Cəmil Hüseynzadə
25 Avqust 2023 10:45
195 baxış
Rus avtomobilləri Azərbaycanda istehsal ediləcək

“Sollers” 2023-cü ilin payızında Azərbaycanın “Azərmaş” müəssisəsində avtomobil istehsalına başlayacaq. Bu barədə Sollers Alabuga şirkətinin satış və marketinq direktoru Marat Şarapov məlumat verib.

"Biz bu yaxınlarda Azərbaycanla əməkdaşlığın inkişafı ilə bağlı müqavilə bağlamışıq. Payızda bu layihənin rəsmi açılışını edəcəyik. Bu, bizim ilk ixrac bazarımız olacaq", - o deyib. Şarapov əlavə edib ki, şirkətin digər ölkələrin bazarlarına da çıxmaq planları var. İlk növbədə, bu, Rusiya Nəqliyyat Vasitələrinin Təsdiqinin (OTTS) tanınması da daxil olmaqla, buraxılış üçün lazım olan sənədlərin birləşdirildiyi Gömrük İttifaqı ölkələrinə aiddir. May ayında “Sollers” və “Azərmaş” arasında müqavilə imzalayıb, ona əsasən, Rusiya avtomobil istehsalçısı Azərbaycan müəssisəsinin obyektlərində Rusiya komponentlərindən istifadə etməklə yüngül kommersiya avtomobillərinin istehsalına başlayacaq.

© copyright 2022 | tech.az | info@tech.az