Az | EN

Rusiyada “Instagram”ın analoqu təqdim edilib

Bənövşə Kazımova
07 Dekabr 2022 10:22
314 baxış
Rusiyada “Instagram”ın analoqu təqdim edilib

Bildiyimiz kimi, Rusiyada Instagram sosial şəbəkəsi bloklandıqdan sonra rusiyalı proqramçılar Instagram-ın analoqu üzərində çalışmağa  başlamışdılar. Hətta bu barədə sizə daha əvvəl xəbər vermişdik. 

İndi isə rəsmi olaraq Rusiyada “Instagram”ın analoqu – “Looky” sosial şəbəkəsi təqdim edilib. Nəzərinizə çatdıraq ki, təqdimat “YouTube” vasitəsilə keçirilib. Onun əsas üstünlükləri arasında profili bir kliklə “Instagram”dan avtomatik olaraq “Looky”yə köçürmək imkanının olmasıdır.

Bundan əlavə, yeni yaradılmış şəbəkə “Instagram”ın yazılar, bəyənmə və tövsiyələrin dərci, hekayə, filtr, quraşdırılmış messencer kimi bütün əsas funksiyalarına malikdir.

© copyright 2022 | tech.az | info@tech.az